Bakı dünyanın ən təhlükəsiz şəhərləri sırasındadır. Bu haqda bu gün, 17 yanvar tarixində Bakuplus.az “Numbeo” reytinqlər saytına istinadən xəbər verir.

Belə ki, paytaxtımız dünya üzrə 84-cü ən təhlükəsiz şəhər hesab olunur.

Reytinqə Birləşmiş Ərəb Əmirliklərinin Abu Dabi şəhəri başçılıq edir. 2-ci yerdə Qətərin Doha, 3-cü yerdə isə Tayvanın (Çin) Taypey şəhərləri qərarlaşıb. Sonuncu yerdə Venesuelanın Karakas şəhəridir.

Moskva 133-cü, İstanbul 230-cu, Tbilisi şəhəri isə 43-cü yerlərdədir.