Bakıda “Sevda. Mecburi İstikamet” serialının qala-gecəsi keçiriləcək. Bu haqda bu gün, 17 yanvar tarixində Bakuplus.az “ParkCinema”ya istinadən xəbər verir.

Türkiyə serialının qala-gecəsinə məşhur aktyor və aktrisalar – Selçuk Yöntem, Kubilay Aka, Selin Şekerci, Elif Ceren Balıkçı və filmin ssenaristi və rejissoru Çağan Irmak gələcəklər.

Tədbir 19 yanvar saat 19:00-da “Park Cinema Flame Towers”də təşkil olunacaq.

Biletləri kinoteatrın kassalarından və saytından əldə etmək mümkündür.