Paytaxtın Suraxanı rayonu, Əmircan qəsəbəsində elektrik dirəkləri təhlükə saçır. Bu haqda bu gün, 17 yanvar tarixində Bakuplus.az xəbər verir.

Belə ki, qəsəbə boyunca yerləşən elektrik dirəklərinin bəziləri, demək olar, sapdan asılmış kimidirlər. Dirəklər taxtadan olduğundan çürüyüb, elektrik xətləri isə kustar üsulla çəkilmiş kimi görünür.

Bu dirəklər yaşayış evlərinin yanında, insanların hərəkət etdikləri ərazilərdə yerləşir, bu da onların həyatı üçün ciddi təhlükə yaradır.

Əmircan qəsəbəsində elektrik dirəkləri
Foto Bakuplus.az