Paytaxtın Pirallahı rayonunda narkotik alverinə qarşı əməliyyat keçirilib. Bu haqda bu gün, 17 yanvar tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.

Keçirilən əməliyyat nəticəsində əvəllər də narkotik üstündə tutulan Salman Usmanov saxlanılıb. Onun əlindəki bağlamadan 5 kiloqram marixuana, 3 kiloqram heroin, 160 ədəd psixotrop maddə sayılan fenozepam və 60 ədəd tramadol aşkar edilib. O, narkotiki Bakı şəhəri ərazisində satmağı planlaşdırırdı.

S.Usmanov barəsində araşdırmalar davam edir.

Pirallahı rayonunda narkotik alveri
Foto DİN-nin mətbuat xidməti