Paytaxtın Nərimanov rayonunda qadın öz rəfiqəsinin telefonunu oğurlayıb. Bu haqda bu gün, 18 yanvar tarixində Bakuplus.az Qaynarinfo-ya istinadən xəbər verir.
Nərmin adlı xanım tanışı olan Larisa adlı şəxsdən danışmaq üçün “Redmi 10C” telefonunu götürüb və aradan çıxıb. Daha sonra o, telefonu 100 AZN-ə satıb.
Təqsirkar ifadəsində vurduğu maddi ziyanı ödəməyə imkanının olmadığını, eləcə də törətdiyi inzibati xətadan peşman olduğunu qeyd edib, məhkəmədən yüngül tənbeh verilməsini xahiş edib.
Məhkəmənin qərarı ilə Nərmin 1 ay müddətinə azadlıqdan məhrum edilib.