Paytaxtın Xəzər rayonu, “Binə Atçılıq” adlanan ərazidə antisanitar vəziyyət hökm sürür. Bu haqda bu gün, 18 yanvar tarixində Bakuplus.az ATV-yə istinadən xəbər verir.
Adıçəkilən qəsəbədə 200-dən çox evin tələbatını ödəyən zibil yeşikləri yoxdur. Sakinlərin sözlərinə görə, bir neçə ay əvvəl əraziyə zibil qabları qoyulmuşdur, ancaq qısa müddətdən sonra onlar da yox oldular. İndi sakinlər bütün tullantıları boş əraziyə tökməyə məcbur olurlar. Bu da üfunət iyi və antisanitar vəziyyət yaradır.
“Zibil tullamaq üçün 3 kilometr yol getməliyik. Nə qədər bu yolu əlimizdə zibillə getməliyik?!” – deyə sakinlər şikayət edirlər.
Rəsmi qurumlar bildiriblər ki, məsələ ilə bağlı şikayət daxil olmayıb, ancaq aidiyyəti orqanlara müraciət ediləcək və ərazi nəzarətə götürüləcək.
