Ölkədə və xüsusən paytaxtda uşaqlar və böyüklər arasında influenza tipli virus yayılır. Yayılan virusun qripin növü olduğunu Səhiyyə Nazirliyi də təsdiqləyib. Bu haqda bu gün, 18 yanvar tarixində Bakuplus.az Xəzər Xəbər-ə istinadən məlumat verir.

Bir neçə gün əvvəl influenzanın simptomları ilə özəl klinikaya müraciət edən vətəndaşın analizlərində müsbət nəticə çıxıb.

Pediatr Yalçın Mirzəyev məlumat verir ki, bu virus, xüsusən 1-5 yaşlı uşaqlar arasında yayılır, kəskin respirator xəstəliklərə xarakterik əlamətlərlə özünü göstərir. Risk qrupunda olan şəxslər 48 saat ərzində xəstəxanaya müraciət etməlidirlər.

Valideynlər qeyd edirlər ki, virusun ən ağır əlaməti temperaturun bir neçə gün davam etməsidir.

Səhiyyə Nazirliyinin mətbuat xidməti virusun yayılması ilə bağlı açıqlama verib. Bildirildi ki, hazırda hərarətin yüksəlməsi, halsızlıq, boğaz ağrısı, öskürək, burun tutulması, axması əlamətləri ilə xəstələnmə halları müşahidə edilir. Bu xəstələrdən götürülmüş yaxmalardan yeni növ koronavirus, kəskin respirator virus infeksiyaları və bu qrupa daxil olan influenza virusu aşkarlanır. Virusa yoluxan şəxslərin qrip əleyhinə peyvənd olunması tövsiyə olunur.

virus yayılır
Foto Xəzər Xəbərin rəsmi Youtube kanalı