Bakının Sabunçu rayonu, Pirşağı qəsəbəsində ağır yol-nəqliyyat hadisəsi baş verib, ölən və xəsarət alanlar var. Bu haqda bu gün, 18 yanvar tarixində APA məlumat verib.
“Opel” markalı avtomobili idarə edən 37 yaşlı Firdovsi Orucov “KİA” markalı avtomobillə toqquşaraq idarəetməni itirib. İdarəetmədən çıxan avtomobil yolun kənarında dayanan kişiyə dəyib və “Nissan” markalı avtomobilə çarpılaraq dayanıb.
Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Orucov və “Kia”-nın sürücüsü, 31 yaşlı Məhəmməd Bayramlı ağır xəsarətlər alıblar. Hər iki şəxs xəstəxanaya çatdırılıb.
Hadisə ilə bağlı avtotexniki ekspertiza təyin edilib.
