Paytaxtın Xəzər rayonu ərazisində təmizlik işləri aparılır. Bu haqda bu gün, 18 yanvar tarixində Bakuplus.az rayon İcra Hakimiyyətinə istinadən xəbər verir.

Rayonun Qala və Türkan qəsəbələrində, eləcə də Qala-Pirallahı və Qala-Türkan avtomobil yolları boyunca fərdi yaşayış evlərinin fasad hissələri və darvazaları rənglənmiş, işıq dirəklərində olan nasazlıqlar aradan qaldırılmış, avtobus dayanacaqları yuyulmuş, eləcə də məişət tullantıları yığışdırılmışdır. Bununla bağlı əraziyə xüsusi texnika və canlı qüvvə cəlb olunmuşdur.

Bundan əlavə, qanunsuz küçə ticarətinin qarşısı alınıb, standartdankənar reklam lövhələri səkilərdən yığışdırılıb.

Xəzər rayonunda təmizlik-abadlıq işləri aparılıb

Xəzər rayonunda təmizlik
Xəzər rayonunda təmizlik
Xəzər rayonunda təmizlik Xəzər rayonunda təmizlik