Paytaxtın Xətai rayonu, Zığ dairəsi yaxınlığında avtomobillərin hərəkəti məhdudlaşdırılacaq. Bu haqda bu gün, 18 yanvar tarixində Bakuplus.az Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.
Adıçəkilən ərazidə yerüstü piyada keçidinin aşırım hissəsinin quraşdırılması ilə əlaqədar 18 yanvar saat 22:00-dan etibarən növbəti gün səhər saatlarına qədər avtomobillərin hərəkəti qismən məhdudlaşdırılacaq.
Sürücülərdən həmin ərazidən keçən zaman diqqətli olmaları xahiş olunur.