Bakıda piyadanın xəsarət alması ilə nəticələnən daha bir qəza baş verib. Bu haqda bu gün, 19 yanvar tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Bədbəxt hadisə Suraxanı rayonunda qeydə alınıb. 62 yaşlı Nərgiz Əsgərova yolu keçərkən onu avtomobil vurub. Qadın xəstəxanaya çatdırılıb. O, müxtəlif dərəcəli xəsarətlər alıb.
Faktla bağlı araşdırma aparılır.