Bakının Nizami rayonunda avtomobili qaçırmaqda və kartdan oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb. Bu haqda bu gün, 19 yanvar tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.

Polisə verilən məlumata görə, “Mercedes” markalı avtomobil qaçırılıb, avtomobildə olan bank kartından 491 manat çıxarılaraq oğurlanıb.

Aparılan tədbirlər nəticəsində avtomobil Lökbatan qəsəbəsi ərazisində saz vəziyyətdə tapılıb. Əməli törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Z.Zeynalov saxlanılıb. Faktla bağlı araşdırma aparılır.