Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsi, ev 21 ünvanında yerləşən “Real” MTK-ya məxsus çoxmərtəbəli yaşayış binasında lift qəzalı vəziyyətdə istismar olunması ilə əlaqədar bağlanıb. Bu haqda bu gün, 19 yanvar tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə istinadən məlumat verir.

Sakinlərin müraciəti ilə bağlı FHN əməkdaşları liftə baxış keçiriblər. Baxış zamanı liftin müvafiq təhlükəsizlik tələblərinə riayət olunmadan istismar edildiyi və insan həyatı və sağlamlığı üçün təhlükə yaratdığı müəyyən olunub.

Faktla bağlı “Real” MTK qarşısında məsələ qaldırılıb. Həmçinin müvafiq akt tərtib edilib və sözügedən MTK-nın rəhbərliyinə liftin istismarının yalnız qayda pozuntuları aradan qaldırıldıqda mümkün olacağı izah edilib və baş verə biləcək qəzaya görə məsuliyyət daşıdıqları izah edilib. Lift müvafiq standartlara cavab vermədən istismar edilib.

lift
Foto Fövqəladə Hallar Nazirliyinin rəsmi saytı