1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ-nin qoşunları Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilmişdir. Gecəyarısı fövqəladə vəziyyət tətbiq olunsa da, şəhər sakinləri bundan xəbərsiz idilər. Dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq, kütləvi şəkildə qətlə yetirilmişdir. Faciə nəticəsində Bakıda və ətraf rayonlarda 131 nəfər öldürülmüş, 744 nəfər yaralanmışdır. Onların sırasında qadınlar, uşaqlar, qocalar, həmçinin vəzifə borclarını yerinə yetirən təcili yardım və polis işçiləri olmuşdur.

1998-ci ildə yanvar faciəsi zamanı həlak olmuş Azərbaycan Respublikası vətəndaşları üçün “20 Yanvar Şəhidi” fəxri adı təsis edilmişdir.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!