Qaradağ rayon İcra Hakimiyyətində yoxlamalara başlanılıb. Bu haqda bu gün, 20 yanvar tarixində Bakuplus.az Oxu.az-a istinadən xəbər verir.

Hazırda İcra Hakimiyyətinin strukturlarında bir sıra nöqsanların aşkarlandığı bildirilir.

Yayılan məlumata əsasən, Süleyman Mikayılov yanvar ayından işə çıxmır. Ehtimal edilir ki, başçı səhhəti əsas göstərilərək məzuniyyətə göndərilib. İcra başçısının istefaya göndəriləcəyi də istisna edilmir. Hazırda onun səlahiyyətlərini birinci müavin Emil Abbasov yerinə yetirir.

İddia olunur ki, Süleyman Mikayılovun Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovla münasibətləri gərgindir. Bakı merinin Qaradağ rayon icra başçısının fəaliyyətindən narazı olduğu deyilir. O, bir neçə dəfə Süleyman Mikayılovun fəaliyyətindəki nöqsanlarla bağlı müvafiq qurumlara şikayət də ünvanlayıb.