Paytaxtın Suraxanı rayonunda ayaqqabı sexi yanıb. Bu haqda bu gün, 20 yanvar tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Alışma ümumi sahəsi 600 kv.m olan ikimərtəbəli müəssisənin birinci mərtəbəsində qeydə alınıb. Nəticədə havalandırma qurğusu, elektrik lövhəsi və kabelləri yanıb. Obyektin digər hissələrinə və ətraf infrastruktura ziyan dəyməyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.