“Azərsu”nun qaynar xətti müvəqqəti işləməyəcək. Bu haqda bu gün, 21 yanvar tarixində Bakuplus.az quruma istinadən xəbər verir.

21 yanvar saat 13:00-dan etibarən “Azərsu” ASC-nin rabitə sistemində texniki işlər aparılacaq. Bu səbəbdən də 955 Zəng Mərkəzinin işində fasilələr yaranacaq.