Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən parkda kişinin telefonu quldurluq yolu ilə oğurlanıb. Bu haqda bu gün, 21 yanvar tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.

Polisə verilən məlumata əsasən, 19 yanvar saat 07:00 radələrində bir nəfər Bakı şəhər sakini, 65 yaşlı N.Feyziyevin mobil telefonunu quldurluq yolu ilə talamaq istəyib. Kişi müqavimət göstərib və həmin şəxs onu üzündən daşla vurub. Feyziyev xəstəxanaya çatdırılıb, ona ilkin tibbi yardım göstərilib.

Sabunçu RPİ 13-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində quldurluq əməlində şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş 40 yaşlı Vüqar Pirməmmədov saxlanılıb. Faktla bağlı araşdırma aparılır.