Nəsimi rayonunda küçələr təmizlənir, yeni ağaclar əkilir. Bu haqda bu gün, 21 yanvar tarixində rayon İcra Hakimiyyəti məlumat verib.

İməcilik zamanı rayon ərazisində təmizlik işləri aparılıb, ağaclar budanılıb. Küçələr boyunca magistral yol və prospektlərin kənarları təmizlənib, məişət tullantılarının atıldığı konteyner meydançalarının ətrafında ümumi sanitar təmizlik işləri görülüb.

Həmçinin rayonda mövsumi ağacəkmə və yaşıllaşdırma başlanıb. Yaşıl zonalarda zeytun, müxtəlif növ şam ağacları və həmişəyaşıl kollar əkilib.

Nəsimi rayonunda iməcilik və yaşıllaşdırma işləri aparılır

Nəsimi rayonunda iməcilik
Nəsimi rayonunda iməcilik
Nəsimi rayonunda iməcilik Nəsimi rayonunda iməcilik