Paytaxtın Səbail rayonunda narkotacir tutulub. Bu haqda bu gün, 21 yanvar tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.

Keçirilən əməliyyat zamanı əvvəllər məhkum olunmuş Rahim Cəfərli saxlanılıb. Onun üzərində və yaşadığı evdə ümumilikdə 2 kiloqramdan artıq heroin aşkar edilib.

Faktla bağlı araşdırmalar davam edir.