Bakının Sabunçu rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Bu haqda bu gün, 21 yanvar tarixində Report məlumat verib.
57 yaşlı Maisə Tağıyeva yolu keçərkən onu avtomobil vurub. Qadın təcili tibbi yardımın köməkliyi ilə müştərək travma və baş-beyin silkələnməsi diaqnozu ilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.