Paytaxtın Xəzər rayonu, Türkan qəsəbəsində evdən oğurluq edən şəxs tutulub. Bu haqda bu gün, 21 yanvar tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.

Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş X.Məmmədov Türkan qəsəbəsində yerləşən evlərin birindən 2850 AZN dəyərində məişət əşyaları və təmir-tikinti alətləri oğurlamaqda şübhəli bilinir.

Onun barəsində araşdırmalar davam edir.