Bakının Xəzər rayonu, Türkan qəsəbəsində oğurluqlar edən şəxslər saxlanılıblar. Bu haqda bu gün, 21 yanvar tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.

Polisə verilən məlumata görə, bir evin həyətindən 1500 manat dəyərində qaynaq aparatı, akkumulyator, radiator, əl arabası, digər evdən 2500 manat dəyərində məişət əşyaları, bir avtomobildən isə 700 manat dəyərində 2 ədəd akkumulyator oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar C.İmanov və T.Quliyev saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.