Paytaxtın Suraxanı rayonu, aeroport şosesində avtoqəza baş verib. Bu haqda bu gün, 23 yanvar tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.

33 yaşlı Fikrət Səfərov şosenin piyadalar üçün nəzərdə tutulmuş hissəsindən keçən zaman onu minik avtomobili vurub. Nəticədə yaralı sağ ayağının sınığı ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.