Azərbaycanlı FİFA referisi beynəlxalq oyuna təyinat alıb. Bu haqda bu gün, 23 yanvar tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
32 yaşlı Elçin Məsiyev Ukraynanın “Rux” (Lvov) və İtaliyanın “İnter” komandası arasında keçiriləcək Gənclər Liqasının pley-off oyununu idarə edəcək.
Matçda laynsmanlar qismində Rəhman İmani və Vüsal Məmmədov fəaliyyət göstərəcək, dördüncü hakim funksiyasını isə polşalı Yatsek Malişek icra edəcək.
Oyun 8 fevral tarixində Bakı vaxtı ilə saat 17:00-da Polşada keçiriləcək.