Bakıdakı Olimpiya Güləş Mərkəzində sərbəst və yunan-Roma güləşi üzrə təlim-məşq toplanışı keçirilir. Bu haqda bu gün, 23 yanvar tarixində Azərbaycan Güləş Federasiyasının mətbuat xidməti məlumat verib.

Azərbaycan millisi ilə yanaşı, təlim-məşq toplanışında İsveçrə, Moldova, Qazaxıstan və Polşanın sərbəst güləş üzrə milliləri da iştirak edir. Səhhətləri ilə yaranan problemə görə Leyla Qurbanova, Aydın Əhmədov, Rahid Həmidli və daha bir neçə güləşçi məşqlərdə iştirak etmir. Cərrahiyyə əməliyyatından sonra bərpa prosesi keçən Rafiq Hüseynov isə fərdi məşqlərlə məşğuldur.

Millimiz Xorvatiyada keçiriləcək 1-ci reytinq turnirində çıxış edəcək. Daha sonra 1-dən 5-dək Zaqrebdə təşkil ediləcək beynəlxalq yarışda hər 3 güləş növü üzrə yığmalarımız iştirak edəcək.