Bakının Binəqədi rayonunun Biləcəri qəsəbəsində yanvarın 22-də kişi arvadını bıçaqlayıb, daha sonra özü intihar edib. Bu haqda bu gün, 23 yanvar tarixində Bakuplus.az məlumat verir.

Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən verilən məlumata görə, 36 yaşlı Atəş Cuvarovun aralarında yaranmış mübahisə zamanı 40 yaşlı arvadı Pərvanə İsmayılovanı bıçaqlayaraq onu öldürməyə cəhd etməsi, daha sonra isə həmin alətlə özünə xəsarət yetirərək intihar etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı “qəsdən adam öldürməyə cəhd” və “özünü öldürmə həddinə çatdırma” maddəsilə cinayət işi açılıb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidməti bildirib ki, sakinlərin uzunmüddətli telefon zənglərinə və giriş qapısının döyülməsinə reaksiya verməmələri səbəbindən hadisə yerinə xilasedicilər cəlb edilib. FHN əməkdaşları evin pəncərəsinin dəmir barmaqlıqlarını kəsərək evə daxil olublar. Evdə Atəş Cuvarovun meyiti və sağ olan 6 yaşlı M.A.Cuvarov aşkar olunub, aidiyyəti üzrə təhvil verilib.