Paytaxtın Nizami rayonunda qadına qarşı soyğunçuluq edən şəxs saxlanılıb. Bu haqda bu gün, 23 yanvar tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Polisə müraciət edən qadın bildirib ki, evə qayıdarkən ona yaxınlaşan şəxs çantasında olan 160 manat pulu, mobil telefonu və sənədləri talayıb.
Aparılan əməliyyat tədbirləri nəticəsində əməli törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini Ülvi Avazlı saxlanılıb. Onun qadını izləməsi təhlükəsizlik kameraları vasitəsilə də lentə alınıb.
Hadisə ilə bağlı araşdırma aparılır. Həmin şəxsdən zərərçəkən başqa vətəndaşlar varsa, polisə müraciət edə bilərlər.
Bakıda qadına qarşı soyğunçuluq edilib



