Əməkdar artist Tünzalə Əliyeva ilə vida mərasimi Bakıda keçiriləcək. Bu haqda bu gün, 23 yanvar tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.

Bu gün saat 11:00-da “Heydər” məscidində vida mərasimi olacaq. Əməkdar artist daha sonra dəfn üçün “Qurd qapısı” qəbiristanlığına aparılacaq.

Həmçinin aktrisanın ailə dostu Yusif Mustafayevin sözlərinə görə, bütün xərclər Mədəniyyət Nazirliyi tərəfindən qarşılanacaq.

“Toppuş bacı” kimi tanınan Əməkdar artist Tünzalə Əliyeva ötən gün uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.