Yenilənib:

Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynov məsələ ilə bağlı bildirib ki, fotolarda yer alan binalardan yalnız biri tarixi binaların yer aldığı siyahıya daxildir. Həmin binaya da heç bir müdaxilə edilməyib.

11:10 – Tarixi binaya müdaxilə olunub

Bakının mərkəzində tarixi binanın üzərinə əlavə 2 mərtəbə tikilib. Bu haqda bu gün, 23 yanvar tarixində Bakuplus.az Oxu.az-a istinadən xəbər verir.

Belə ki, “Torqovaya” yaxınlığında, Yasamal rayonunun Süleyman Tağızadə və Təbriz Xəlilbəyli küçələrinin kəsişməsində yerləşən tarixi ikimərtəbəli binanın üzərinə əlavə 2 mərtəbə də inşa olunub.

Bundan əlavə, binanın birinci mərtəbəsində fəaliyyət göstərən obyekt bütün piyada səkisini zəbt edib. Bunun nəticəsində də obyektdən ancaq birbaşa  avtomobil yoluna çıxmaq olur.

tarixi binanın üzərinə əlavə 2 mərtəbə tikilib
Foto oxu.az saytı