Bakıda 23-29 yanvar tarixlərində bir sıra idman tədbirləri keçiriləcək. Bu haqda bu gün, 23 yanvar tarixində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinə istinadən Bakuplus.az məlumat verir.
Tədbirlərin siyahısı:
- Bakı şəhəri
– 2 Fevral – Gənclər Gününə həsr olunmuş şahmat üzrə Bakı şəhər turniri – 24-28 yanvar, saat 11:00 (3 saylı Şahmat məktəbi);
– Kamandan oxatma üzrə 2002-2004, 2005-2008, 2009-cu il və ondan kiçik təvəllüdlü oğlanlar və qızlar arasında Bakı şəhər birinciliyi – 27 yanvar, saat 11:00 (Hövsan Olimpiya İdman Kompleksi);
– 2 Fevral – Gənclər Gününə həsr olunmuş 2008-2009-cu il təvəllüdlü və daha kiçik yaşlı oğlanlar və qızlar arasında həndbol üzrə Bakı şəhər birinciliyi – 27 yanvar – 1 fevral, saat 12:00 (ABU Arena);
– 20 Yanvar – Hüzn Gününə həsr olunmuş kyokuşin karate üzrə Bakı şəhər turniri – 28 yanvar, saat 10:00 (Hövsan Olimpiya İdman Komppleksi).
- Binəqədi rayonu
– “Heydər Əliyev İli”nə həsr olunmuş stolüstü tennis turniri – 25 yanvar, saat 10:00 (“Binəqədi Gənclər Evi”).
- Sabunçu rayonu
– “Heydər Əliyev İli ”nə həsr olunmuş 2009-2011-ci il təvəllüdlü şagirdlər arasında şahmat turniri – 26 yanvar, saat 10:00 (255 saylı məktəb).
- Suraxanı rayonu
– Şəhid Səbuhi Vahid oğlu Orucovun əziz xatirəsinə həsr olunmuş şahmat üzrə turnir – 26 yanvar, saat 11:00 (87 saylı tam orta məktəb).
- Nərimanov rayonu
– Vətən müharibəsi qəhrəmanı Azad Hümbətovun xatirəsinə həsr olunmuş məktəblilər arasında minifutbol üzrə Nərimanov rayon turniri – 23-25 yanvar, saat 10:00 (“Azfar” Şirkətlər Qrupunun futbol meydançası);
– 2 Fevral – Gənclər Günü münasibətilə rayonun tam orta məktəb şagirdlərindən ibarət komandalar arasında basketbol üzrə rayon birinciliyi – 25-27 yanvar, saat 10:00 (N.Nərimanov adına şəhər 3 saylı tam orta məktəb).