Bakının Nərimanov rayonunda 2 ünvanda yol hərəkəti və piyadaların təhlükəsizliyinin səviyyəsi artırılıb. Bu haqda bu gün, 23 yanvar tarixində Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidməti məlumat verib.

Uluqbəy küçəsinin Ağa Nemətulla və Faiq Yusifov küçələri ilə kəsişməsində hərəkət növbəliliyinin təmin edilməməsi, nişan və nişanlanma xətlərinin çatışmazlığı, “mübahisəli nöqtələr”, piyada infrastrukturunun qənaətbəxş olmaması kimi problemlər mövcüd olub.

Hazırlanan layihə nəticəsində həmin problemlər aradan qaldırılıb, yol kəsişmələrində işıqforlar quraşdırılıb, yol nişanları və nişanlanma xətləri, piyada keçidləri və panduslar təşkil edilib.