Nəqliyyat vasitələrinə “Plyonka” çəkilməsi qaydası təsdiqlənib. Bu haqda bu gün, 23 yanvar tarixində Bakuplus.az Nazirlər Kabinetinə istinadən xəbər verir.

Belə ki, nəqliyyat vasitələrinin sürücüdən arxa tərəfdə yerləşən yan şüşələrinə, yük yerinin yan şüşələrinə və arxa şüşələrinə örtüklərin vurulma qaydası aşağıdakı kimidir:

  • Minik avtomobillərində – “plyonka” çəkilməsinə və ya “jalüzlər”in quraşdırılmasına;
  • Yük avtomobillərində, avtobuslarda, mikroavtobuslarda, trolleybuslarda və tramvaylarda “plyonka” çəkilməsinə, jalüzlərin quraşdırılmasına və ya pərdə asılmasına. İstisna: sərnişindaşıma fəaliyyətində istifadə olunan avtobuslar və mikroavtobuslar.
  • Nəqliyyat vasitələrində günlüklər nəzərdə tutulmayıbsa, ön şüşəsinin yuxarı hissəsindən 15 sm-dən çox olmamaq şərtilə.

Örtüklərin işıqburaxma qabiliyyətinin həddi məhdudlaşdırılmır.