Bakıda Füzuli rayon sakini, “Fahişəliyə cəlb etmə” maddəsi ilə təqsirləndirilən 53 yaşlı T.Əliyevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Bu haqda bu gün, 23 yanvar tarixində Qafqazinfo məlumat verib.

Nərimanov Rayon Məhkəməsi onu təqsirli bilib və qadın 1 il müddətinə azadlıqdan məhrum edilib. Əliyeva barəsində polis idarəsinə köçürülmə ilə bağlı həbs qətimkan tədbiri seçilib, o, məhkəmə zalında həbs edilərək istintaq təcridxanasına göndərilib.

İstintaq zamanı müəyyən edilib ki, Əliyeva Sumqayıt və paytaxt ərazisində tanış olduğu 5 qadını fahişəliyə cəlb edib, onların müxtəlif ünvanlarda kişilərlə görüşlərini təşkil edib və maddi yardım alıb. Əliyeva bir çox hallarda həmin qadınları öz avtomobili ilə hotellərə və digər ünvanlara aparıb.

İddiada zərərçəkmiş kimi tanınan 5 qadın ondan şikayətçi olmadıqlarını bildiriblər.

Saxlanılan qadın əvvəllər də analoji əməllərinə görə məhkəmə tərəfindən cəzalandırılıb və həmin vaxt 480 saat ictimai işlər görüb.