Bakıda Məhəmməd Əmin Rəsulzadəyə həsr olunmuş tədbir keçiriləcək. Bu haqda bu gün, 23 yanvar tarixində Bakuplus.az Libraff.az-a istinadən xəbər verir.
Tarix üzrə fəlsəfə doktoru, Bakı Dövlət Universitetinin dosenti Rövşən Hətəmovun iştirakı ilə ˝Rəsulzadə irsi˝ mövzusuna həsr olunmuş tədbir keçiriləcək.
Tədbir 31 yanvar saat 15:00-da “Libraff”ın “Park Akademiya” filialında baş tutacaq. İştirak sərbəstdir. Ünvan: Hüseyn Cavid pr.100, “Elmlər Akademiyası” m/s-nın əsas girişi ilə üzbəüz.