Bu gün Xalq artisti Böyükağa Məmmədovun doğum günüdür.

Tanınmış xoreoqraf və baletmeyster  23 yanvar 1927-ci ildə Bakıda anadan olmuşdur.

Böyükağa Məmmədov Azərbaycan Dövlət Filarmoniyası Mahnı və Rəqs Ansamblının solisti, Texniki və bədii yaradıcılıq evi, Y.Qaqarin adına Pionerlər sarayı rəqs kollektivlərinin bədii rəhbəri olub. O, “Cücələrim” rəqs ansamblına rəhbərlik edib.

Mədəniyyət xadimi Azərbaycan Respublikasının “Xalq artisti”, “Əməkdar müəllim” fəxri adlarına və Prezident təqaüdünə layiq görülüb.