Bakının Xəzər rayonunun Zirə qəsəbəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Bu haqda bu gün, 23 yanvar tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinə istinadən məlumat verir.
Polisə daxil olan məlumata görə, qəsəbə ərazisində yerləşən elektrik tənzimləyicisinə gedən elektrik naqilinin 396 metri oğurlanıb.
Keçirilən əməliyyat tədbirləri nəticəsində şübhəli bilinənlər: Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Pərviz Şirinov, Şəki rayon sakini Sərvan Süleymanov və Kəlbəcər rayon sakini, əvvəllər məhkum olunmuş Babək Əliabbasov saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.