Ötən gün “20 Yanvar” dairəsində avtobus sürücüsü və sərnişin arasında baş verən insidentin təfərrüatları açıqlanıb. Bu haqda bu gün, 24 yanvar tarixində Bakuplus.az Baku TV-yə istinadən xəbər verir.

Videonu çəkən şəxslərdən biri Etibar Məmmədovun sözlərinə görə, avtobusun sürücüsü nəqliyyat vasitəsini kobud idarə edib.

“Biz yolda hərəkətdə olan zaman, avtobus qabağımızda elə sürətlə keçdi ki, biz qəfil əyləcə sıxmasaydıq ağır qəza baş verəcəkdi. Mən də həmin avtobusa yaxınlaşaraq iradımı bildirdim. Bu zaman öncə ətrafdakı taksi sürücüləri, daha sonra isə sürücünün özü mənə hücum etdilər”, – deyə şikayətçi bildirib.

Bakı Nəqliyyat Agentliyindən bildiriblər ki, həmin sürücüdən artıq izahat alınıb və araşdırmalar davam edir.