Bakının Qaradağ rayonu, Sahil qəsəbəsində intihar hadisəsi baş verib. Bu haqda bu gün, 24 yanvar tarixində Lent.az məlumat verib.

Yerli sakin, 43 yaşlı Zaur Rəhmanov yaşadığı evin beşinci mərtəbəsindən özünü atıb. O, aldığı xəsarətlərdən yerindəcə keçinib.

Onun hansı səbəbdən intihar etdiyi məlum deyil. Faktla bağlı araşdırma aparılır.