Yenilənib:

Bakı Nəqliyyat Agentliyinin (BNA) şöbə müdiri Vüqar Məmmədzadə hadisə ilə bağlı açıqlama verib. Onun sözlərinə görə, avtobus “Bus Trans” adlı daşıyıcı şirkətə məxsusdur, şirkətin nümayəndələri agentliyə dəvət edliblər.

“Sürücü, dispetçer və daşıyıcı şirkətlə danışıqlar aparılıb, hadisənin təfərrüatı araşdırılacaq. Qəzanın sürücünün telefonla danışması səbəbindən baş verdiyinə dair iddialar araşdırılacaq. Sürücünün izahatı alınacaq. Təbii ki, kamera görüntüləri də incələnəcək. Sürücü aidiyyəti dövlət qurumu tərəfindən inzibati məsuliyyətə cəlb olunacaq”, – deyə Məmmədzadə bildirib.

16:12 – Əhmədli qəsəbəsində avtobus qəza törədib

Bakının Əhmədli qəsəbəsində 60 nömrəli marşrut avtobusunun sürücüsü qəza törədib. Bu haqda bu gün, 24 yanvar tarixində Baku TV məlumat verib.

Şahidlərin sözlərinə görə, avtobus sürücüsü telefonla danışdığına görə qarşıdan gələn “Mercedes” avtomobilinə çarpılıb.

Hadisə zamanı şərnişinlər arasında xəsarət alanların olduğu bildirilir.