Paytaxtın Xəzər rayonunda şagirdin öz sevdiyi qızı bıçaqladığı iddia olunur. Bu haqda bu gün, 24 yanvar tarixində Bakuplus.az Oxu.az-a istinadən xəbər verir.

136 nömrəli məktəbin şagirdinin təhsil müəssisəsinin ərazisində digər qız şagirdi bıçaqladığı iddiası ilə bağlı Daxili İşlər Nazirliyi açıqlama verib.

Qurumdan verilən məlumata əsasən, məktəbdə bıçaqlanma baş verməyib. 2 nəfər 11-ci sinif şagirdi mübahisə edib. Belə ki, qızlardan biri psixoloqa gedib, digər qız bununla bağlı həmcinsinə lağ edib. Nəticədə şagirdlər arasında dava düşüb.