Yenilənib:

Hadisəni törədən şəxsin kimliyi müəyyən olunub. O, müxtəlif maddələr ilə əvvəllər 7 dəfə məhkum olunub.

Onun saxlanılması istiqamətində tədbirlər aparılır.

09:39 – Mağazaya silahlı basqın olub

Paytaxtın Xətai rayonunda mağazaya silahlı basqın edilib. Bu haqda bu gün, 24 yanvar tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.

Rayonun X.Rüstəmov küçəsi, 23 ünvanında naməlum şəxs mağazaya müştəri kimi daxil olub. Daha sonra satıcı Gülçöhrə İsmayılovanı bıçaqla hədələyərək ümumilikdə 180 AZN pul və 25 AZN dəyərində çantanı oğurlayaraq ərazidən qaçıb.

Faktla bağlı cinayət işi başlanıb.