Bakının Səbail rayonu, Əziz Əliyev küçəsi təmirlə əlaqədar bağlanıb. Bu haqda bu gün, 24 yanvar tarixində Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin mətbuat xidməti məlumat verib.
İstiqlaliyyət prospektini Neftçilər prospekti ilə birləşdirən yolda nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.
Həmçinin Nəsimi rayonu, “28 Mall” TM-in yaxınlığında, Füzuli küçəsində də təmir işləri davam edir. Orada daş örtüyü asfaltla əvəzlənir.



