Paytaxtın Yasamal rayonu, Zülfü Adıgözəlov və Bəşir Səfəroğlu küçələrinin kəsişməsində yerləşən tarixi abidəyə niyə heç kim baxmır? Bu haqda bu gün, 24 yanvar tarixində Bakuplus.az AzTV-yə istinadən xəbər verir.

Bakının mərkəzində, “Sovetski” adlanan ərazidə yerləşən hamam 1820-ci illərdə inşa olunub. Bu gün isə abidə baxımsız və yarı dağılmış vəziyyətdədir.

Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən bildiriblər ki, bina qəzalı vəziyyətdədir, ancaq xüsusi mülk olduğundan qurum heç bir müdaxilə edə bilməz. Mülkiyyətçi şəxsən həmin tarixi abidələrin salamatlığı ilə bağlı məsuliyyət daşıyır.

Qədimi tikilinin ümumi sahəsi 900 kv.m-dir. Bina 2 günbəzdən və 2 böyük zaldan ibarətdir. Belə böyük hamamlar nadir hallarda inşa olunur. Hamam təxminən 200-300 insan üçün nəzərdə tutulmuşdur.

Daha öncə də qədim tikilinin narkomanların yuvasına çevrilməsi ilə bağlı məlumat verilmişdir.

Bakının mərkəzində olan qədimi tikiliyə niyə müdaxilə olunmur?
Foto AzTV təsmi Youtube kanalı