Bakı Yaşayış Kompleksində yaşayan gözdən əlillər yol infrastrukturundan narazıdırlar. Bu haqda bu gün, 24 yanvar tarixində Bakuplus.az ATV-yə istinadən xəbər verir.

Məmmədli qəsəbəsində yaşayan sakinlər işıqforun işləməməsindən narazıdırlar. Gözdən əlil olanlar yoldan keçən zaman ciddi problemlə üzləşirlər. Onlar hər gün təhlükə altında olurlar.

Digər problem sərnişin avtobuslarının az olmasıdır.

“Bir dənə 185 gedir, bir də 173. 185 heç “Koroğlu”ya getmir. Əsas gözdən əlillərin idarəsi, klubu, kitabxanası, korlar məktəbi, hamısı “Gənclik”, “Nərimanov”da yerləşir. Avtobuslar gələndə də dolu gəlirlər, minə bilmirik”, – deyə sakinlər şikayət edirlər.

Bakı Nəqliyyat Agentliyindən məsələ ilə bağlı bildiriblər ki, hər 2 məsələ ilə bağlı müvafiq qurumlara artıq müraciət edilib. Yaxın zamanda məsələlər öz həllərini tapacaqlar.

Bakı Yaşayış Kompleksində gözdən əlillər üçün şərait yaradılmayıb
Bakı Yaşayış Kompleksində gözdən əlillər üçün şərait yaradılmayıb
Bakı Yaşayış Kompleksində gözdən əlillər üçün şərait yaradılmayıb
Bakı Yaşayış Kompleksində gözdən əlillər üçün şərait yaradılmayıb Bakı Yaşayış Kompleksində gözdən əlillər üçün şərait yaradılmayıb Bakı Yaşayış Kompleksində gözdən əlillər üçün şərait yaradılmayıb