Rusiyanın axtarışa verdiyi vətəndaşı yanvarın 22-də Heydər Əliyev Beynəlxalq Hava Limanında saxlanılıb. Bu haqda bu gün, 24 yanvar tarixində Qafqazinfo məlumat verib.
Tbilisi-Bakı reysi ilə Azərbaycana gələn Rusiya vətəndaşı, 37 yaşlı Mustafa Bayramov saxlanılıb. O, Rusiyanın Cinayət Məcəlləsinin 159-cu (Dələduzluq) maddəsi ilə axtarışda olub.
Bayramov aidiyyəti üzrə təhvil verilib.