Paytaxtın Sabunçu rayonu, Maştağa qəsəbəsində evdən oğurluq edən şəxslər tutulublar. Bu haqda bu gün, 24 yanvar tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.

Əvvəllər məhkum olunmuşlar – Bakı şəhər sakini P.Qasımov və Şamaxı rayon sakini E.Əmirov qəsəbə ərazisində yerləşən evlərin birindən 1500 AZN pul, notbuk və təmir-tikinti alətləri oğurlamaqda şübhəli biliniblər.

Faktla bağlı araşdırmalar davam edir.