Bakının “Memar Əcəmi” metro stansiyasının yaxınlığında yanvarın 23-də bir qrup vətəndaş yığılaraq “McDonalds” restoranı tərəfindən aparılan işlərlə bağlı öz narazılığını bildirib. Bu haqda bu gün, 24 yanvar tarixində Bakuplus.az Baku TV-yə istinadən məlumat verir.

Sakinlərin sözlərinə görə, “McDonalds” şirkətinin yolu müxtəlif istiqamətlərdə bağlaması ilə piyadaların hərəkəti məhdudlaşıb. Belə ki, “MakAvto” üçün nəzərdə tutulan ərazi üçün əsas yolun bir hissəsi zəbt olunub.

Əraziyə gələn şirkət nümayəndəsi yolun piyadaların hərəkəti üçün daha rahat olacağına vəd edib.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib ki, “Memar Əcəmi” metro stansiyasının yaxınlığında vətəndaşların verdiyi bütün suallara ətraflı məlumat veriləcək: “Ərazi üzrə xidmət aparan yol polisi əməkdaşları, hərəkətin təşkilinə cavabdeh olan şəxslər hadisə yerinə cəlb olunmaqla zəruri tədbirlər həyata keçiriləcək. Burada yol hərəkəti qaydalarının pozulması zəminində baş verən bütün hərəkətlərə hüquqi qiymət veriləcək”.

“Memar Əcəmi”də yerli sakinlərin “McDonalds”ın rəhbərliyi ilə mübahisəsi: restoran yolu bağlayıb
Foto Baku TV