Paytaxtın Nizami rayonunda bıçaqlanma hadisəsi baş verib. Bu haqda bu gün, 24 yanvar tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.

Hadisə “Nazlı” şadlıq evinin yaxınlığında baş verib. Zaur adlı şəxs aralarında yaranan mübahisə səbəbindən Alim Mehdiyevi bıçaqlayıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanıb.