Bakının Qaradağ rayonu ərazisində piyadanın ölümü ilə nəticələnən qəzanı törədən şəxsin cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Bu haqda bu gün, 24 yanvar tarixində Report məlumat verib.

Məhkəmə prosesi hakim Rasim Sadıxov tərəfindən idarə olunacaq.

Hadisə ötən ilin sentyabrında paytaxtın Qaradağ rayonunda qeydə alınıb. 74 yaşlı Məmmədağa Məlikov “VAZ-2107” markalı avtomobili idarə edərkən yolu keçən Salman Sadiqovu vurub. Piyada aldığı xəsarətdən yerindəcə dünyasını dəyişib.